Bank Of Baku

Çavuşoğlu Ermənistan XİN başçısı ilə görüşünün məhsuldar və konstruktiv keçdiyini bildirib

Çavuşoğlu Ermənistan XİN başçısı ilə görüşünün məhsuldar və konstruktiv keçdiyini bildirib
# 12 mart 2022 13:12 (UTC +04:00)

Dəvətimizi qəbul edib Antalya Diplomatiya Forumuna qatıldığı üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana təşəkkür edirəm.

APA xəbər verir ki, bunu erməni həmkarı ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Antalya Diplomatiya Forumu hər kəs üçün açıq bir platformadır.

"Görüşümüz son dərəcə məhsuldar və konstruktiv oldu. Prezident Ərdoğan və Baş nazir Paşinyanın pozitiv mesajlarından sonra münasibətləri normallaşdırmaq üçün bir proses başlayıb, xüsusi nümayəndələr təyin olunub. Xüsusi nümayəndələr iki dəfə görüşüblər, Moskva və Vyanada. Onlar münasibətləri tam normallaşdırmaq üçün atılacaq addımları müzakirə edirlər. Bu gün biz də bunu müzakirə etdik", - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR