Bank Of Baku

Çavuşoğlu ermənistanlı həmkarı ilə görüşməyə hazır olduğunu bildirib

Çavuşoğlu ermənistanlı həmkarı ilə görüşməyə hazır olduğunu bildirib
# 17 oktyabr 2022 15:03 (UTC +04:00)

Türkiyə xarici işlər naziri ermənistanlı həmkarı ilə görüşməyə hazır olduğnu bildirib.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu APA-nın İstanbul müxbirinin sualına cavab olaraq Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında bildirib.

O, bu görüşün tarixi və detallarının Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair xüsusi nümayəndələrin görüşü zamanı müzakirə oluna biləcəyini qeyd edib.

Nazir əlavə edib ki, xüsusi nümayəndələrin görüşünün tarixini, Türkiyə, yoxsa Ermənistanda keçiriləcəyini tərəflər özləri yaxın zamanda müəyyən edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR