ABŞ-dan F-16 qırıcılarının Türkiyəyə satışı və mövcud olanların modernizasiyasına dair danışıqlar müsbət şəkildə davam edir.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, nəticə etibarı ilə bu satın-almaya ABŞ Konqresi icazə verməlidir, bundan əlavə Türkiyənin regionda oynadığı rol müsbət qarşılanır.