Bank Of Baku

Çavuşoğlu Lavrovu hərbi əməliyyatları dayandırmağa çağırıb

Lavrov-Çavuşoğlu

© APA | Lavrov-Çavuşoğlu

# 26 fevral 2022 17:28 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı Anadolu Agentliyi yayıb.

Danışıq zamanı Çavuşoğlu gərginliyin daha da artmasının heç kimə fayda verməyəcəyini vurğulayaraq, hərbi əməliyyatların dayandırılmasına çağırıb.

Nazir Türkiyənin arzu edildiyi təqdirdə Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bir daha vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR