“Təəssüf ki, Mariupoldan vətəndaşlarımızın təxliyə prosesi tam şəkildə həyata keçirilə bilmir. Bu məsələdə iki tərəf bir-birini günahlandırır”.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Türkiyənin Mariupolda 30 yaxın vətəndaşı qalıb və onların təxliyəsi üçün hər iki tərəflə müzakirələr davam edir.
XİN başçısı dəniz vasitəsi ilə təxliyə prosesinin və ticarət gəmilərinin Türkiyəyə geri dönməsinin vacibliyini də vurğulayıb.