Bank Of Baku

Çavuşoğlu Rumıniya XİN başçısı ilə Qara dənizdə təhlükəsizliyi müzakirə edib

Çavuşoğlu Rumıniya XİN başçısı ilə Qara dənizdə təhlükəsizliyi müzakirə edib
# 04 mart 2022 13:36 (UTC +04:00)

Brüsseldə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Rumıniya xarici işlər naziri Boqdan Auresku görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Rumıniya XİN başçısı "Twitter"də bildirib.

"Görüşdə Rusiyanın Ukraynadakı müharibəsi və onun Qara dəniz regionu da daxil olmaqla, təhlükəsizliyə təsirlərini müzakirə etdik. NATO-nun Şərq cinahının gücləndirilməsinin vacibliyini vurğuladıq", o qeyd edib.

Görüşdə Türkiyə-Rumıniya münasibətləri də müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR