Biz Rusiya və Ukrayna arasında danışıqlara məmnuniyyətlə ev sahibliyi edərik, lakin bu vəziyyətdə yer əhəmiyyəti deyil.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Tərəflər ortaq qərara gələrək, ilk görüşü Belarusda keçirdilər. İndi ikinci görüş üçün yer axtarırlar. İstərdik ki, belə olsun, amma deyəsən, sabahkı görüş bir-iki günlük təxirə salına bilər. Bundan sonraki danışıqların nəticəli olmasını istəyirik. Danışıqlar atəşkəslə nəticələnməlidir”,- deyə diplomat bildirib.