Türkiyə ilə Yunanıstan arasında müsbət atmosferin qorunması üçün addımlar atmaq lazımdır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “A-Haber”ə müsahibəsində bildirib.
Çavuşoğlu qeyd edib ki, Yunanıstan Ege dənizi və adalar ilə bağlı təxribatlardan çəkinməlidir. Onun sözlərinə görə, 20 ildən çox iki ölkə arasında mövcud olan məsləhətləşmələr mexanizmi hələ də nəticə verməyib.
Çavuşoğlu deyib ki, ölkəsi Şimali Kipr Türk Respublikasının (KKTC) haqq və hüquqlarının müdafiəsindən də vaz keçməyəcək.