Bank Of Baku

Çavuşoğlu Türkiyənin Ukrayna münaqişəsində balanslı mövqe tutduğunu deyib

Çavuşoğlu Türkiyənin Ukrayna münaqişəsində balanslı mövqe tutduğunu deyib
# 13 yanvar 2023 18:10 (UTC +04:00)

Türkiyənin vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibəsinə dair əldə olunan razılıqlar döyüşlər davam edərkən də diplomatiyanın mümkün olduğunu göstərir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tayani ilə Ankarada birgə mətbuat konfransı zamanı jurnalistlərin sualına cavab olaraq bildirib.

O qeyd edib ki, Ankara bu müharibədə balanslaşdırılmış mövqe sərgiləyir.

“Bir tərəfdən müharibənin bitməsi üçün səylər göstərəcəyik, digər tərəfdən də humanitar məsələlərdə üzərimizə düşəni etməkdə davam edəcəyik. Biz sülh və atəşkəsdən danışdığımızda Ukrayna üçün ədalətli olmağını nəzərdə tuturuq. Bu, hər kəsin qəbul edə biləcəyi atəşkəs olmasa, mümkün deyil”, - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR