Ukrayna və Rusiya xarici işlər nazirlərini bir araya gətirmək istəyirik.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Dmitri Kuleba və Sergey Lavrovun görüşü üçün ən uyğun yer Antalya Diplomatiya Forumudur: “Belə düşünürük ki, Lavrovla görüşmək istəyən bir sıra həmkarları var”.
Çavuşoğlunun sözlərinə görə, Ukrayna tərəfinin Forumda iştirakı müharibə şəraiti səbəbindən tam olaraq bəlli deyil, lakin Rusya XİN başçısı Sergey Lavrov gələcəyini bir daha təsdiqləyib.