Türkiyə və Yunanıstan xarici işlər nazirləri Ukraynadakı vəziyyəti müzakirə edib.
APA xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Nikos Dendias "Twitter"də bildirib.
“NATO XİN rəhbərlərinin iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə qısa görüşümdə Rusiyanın işğalından sonra Ukraynadakı vəziyyəti müzakirə etdik”, - nazir Dendias qeyd edib.