Bank Of Baku

Çelik: “Aİ-nın Türkiyəsiz Ukrayna zivəsi təşkil etməsi mənasızdır”

Çelik: “Aİ-nın Türkiyəsiz Ukrayna zivəsi təşkil etməsi mənasızdır”
# 05 aprel 2022 19:00 (UTC +04:00)

Avropa İttifaqının Türkiyənin iştirakı olmadan Ukrayna sammiti təşkil etməsinin nə qədər mənasız olduğunu görürük.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bütünlükdə Avropa İttifaqının Ukrayna ilə bağlı ortaya qoyması lazım olan diplomatik səyləri Türkiyə təkbaşına sərgiləyir.

Çelik əlavə edib ki, Türkiyənin güvənilən vasitəçi olduğu hər kəs tərəfindən alqışlanır.

Rusiya və Ukrayna liderlərinin görüşüb müharibənin bitməsi üçün razılığa gəlmələrinin hər kəs tərəfindən səbirsizliklə gözlənildiyini qeyd edən AKP sözçüsü, ölkəsinin bu görüşü Türkiyənin İstanbul və ya Ankara şəhərlərində təşkil etməyə hazır olduğunu bir daha vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR