Bank Of Baku

Çexiya Baş naziri: Ukraynanın gələcəyi Aİ və NATO-dadır

Ukrayna Prezidenti Vladimir Zelenski və Çexiya Baş naziri Petr Fiala

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski və Çexiya Baş naziri Petr Fiala

# 07 iyul 2023 12:17 (UTC +04:00)

"Müharibə Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü təmin edilməsi ilə başa çatmalıdır".

APA xəbər verir ki bunu Çex Respublikasının Baş naziri Petr Fiala Praqada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Bu müharibənin nə vaxt bitəcəyini heç kim bilə bilməz, amma mənim üçün aydın olan odur ki, müharibə Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə zəmanət verilməsi və Rusiya təcavüzkarının Ukrayna ərazisindən sıxışdırılıb çıxarılması ilə başa çatmalıdır", – Baş naziri Fiala jurnalistlərin sualını cavablandırarkən deyib.

O vurğulayıb ki, Ukrayna Aİ-nin və ayrı-ayrı dövlətlərin dəstəyinə arxalana bilər. "Ukraynanın gələcəyi Aİ və Şimali Atlantika Alyansındadır", o qeyd edib.

"Ölkələrimizin yaxın dostluğu və Ukraynaya dəstək mən və hökumətim üçün xarici siyasətdə prioritetdir", Çexiya hökumət başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR