Bank Of Baku

Çexiya Baş naziri: Ukraynaya yardım sülhə nail olmaq üçün aydın planla müşayiət olunmalıdır

Çexiya Baş naziri Andrey Babiş

© APA | Çexiya Baş naziri Andrey Babiş

# 12 dekabr 2025 00:52 (UTC +04:00)

Ukraynaya göstərilən yardım bu ölkədə atəşkəsə və davamlı sülhə nail olmağın necə mümkün olacağını izah edən aydın planla birlikdə təqdim edilməlidir.

APA "CTK" agentliyinə istinadən xəbər verir ki, bunu Brüsseldə səfərdə olan Çexiya Baş naziri Andrey Babiş bildirib.

“Ukraynaya yardım dəqiq şəkildə göstərməlidir ki, son atəşkəs və sülh hansı yolla əldə olunacaq”, - Babiş deyib.

Baş nazir əlavə edib ki, Çexiya hökuməti 16 dekabrda keçiriləcək iclasında Ukraynaya yardım məsələsini müzakirə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR