Çexiya Moskva və bütün Rusiyanın Patriarxı Kirillə qarşı sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə Çexiya XİN-in saytında məlumat dərc olunub.
Patriarxın sanksiya siyahısına salınması ilə onun Çexiyaya girişi qadağan edilib və əgər bu ölkədə əmlakı varsa, onların dondurulması nəzərdə tutulur.
Xatırladaq ki, bu ilin yanvar ayında Çexiyada "Qlobal Maqnitski qanunu" qüvvəyə minib və hansı ki, onun əsasında sanksiyalar siyahısı tərtib edilir.