Bank Of Baku

Conson və Makron Zaporojye AES-dəki vəziyyəti müzakirə edib

Boris Conson və Emmanuel Makron

© APA | Boris Conson və Emmanuel Makron

# 05 mart 2022 02:45 (UTC +04:00)

Bu gün Böyük Britaniyanın Baş naziri Boris Consonla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın London bürosunun xəbərinə görə, liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Baş nazir bu müharibənin uzun müddətdir qitədə görülən ən pis müharibə olduğunu söyləyib.

Hər iki lider Zaporojye AES-ə ziyan vuran ehtiyatsız hərəkətləri qınayıblar.

Hər iki ölkənn liderləri Ukrayna xalqına yardım etmək üçün əllərindən gələni etməyə hazır olduğunu deyib. Xüsusilə də humanitar, iqtisadi və hərbi dəstəyin davam etməsinin vacibliyinə toxunulub.

Hər iki lider Putinin hərəkətləri qarşısında Böyük Britaniya və Fransanın əməkdaşlığının davam edəcəyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR