Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Ukraynadan göndərilmiş səfiri Giorgi Zakaraşvili ilə Saakaşvili məsələsinə görə heç bir məsləhətləşmə aparmayacaq.
APA-nın Tbilisi müxbiri bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili "İmedi" telekanalına açıqlamasında bildirib. O, qeyd edib ki, Giorgi Zakaraşvili səfir kimi Gürcüstan XİN-də işləməyə davam edəcək.
"Gürcüstanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir, diplomatlar yerlərdədir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik",- Darçiaşvili deyib.
XİN başçısı qeyd edib ki, Ukraynanın Gürcüstan səfirini ölkədən çıxarması ədalətsiz qeyri-dostcasına və əsassız qərardır və praktikada belə bir addımın presedenti yoxdur.