Bank Of Baku

Dardanel boğazında hərəkət bərpa edilib - YENİLƏNİB-2

Dardanel boğazında hərəkət bərpa edilib - YENİLƏNİB-2
# 23 avqust 2023 00:40 (UTC +04:00)

Çanaqqalada baş verən meşə yanğını səbəbi ilə bağlanan Dardanel boğazında yenidən gəmilərin hərəkətinə icazə verilib.

APA xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, hər 2 istiqamətə gəmilərin hərəkəti bərpa edilib.

***

23.36

Türkiyənin Çanaqqala rayonunda meşə yanğınlarının miqyası genişlənir.

APA TRT-yə istinadla xəbər verir ki, artıq təxliyə olunan yaşayış məntəqələrinin sayı ona çatıb. Eyni zamanda 18 Mart Universiteti və 1 RLS də təxliyə olunub. Yanğınsöndürən heyətin sayı 1100 nəfərə çatdırılıb.

***

20.51

Türkiyənin Çanaqqala regionundakı meşə yanğının miqyası genişlənir.

APA-nın xəbərinə görə, artıq 6 kənd təxliyə olunub, 10 kənd üçün xüsusi mühafizə rejimi tətbiq olunub. Yanğın artıq 15 kvadrat kilometrdən çox əraziyə yayılıb. ərazidəki avtomobil yolları bağlanıb. Güclü külək və isti hava alovla mübarizəni çətinləşdirir.

Yanğınla mübarizəyə 500 nəfərlik şəxsi heyət, 10 təyyarə, 26 helikopter və 70-dən çox maşın cəlb edilib.

Alovlar 1 universitet, tələbə yataqxanası və xəstəxana üçün təhlükə yaradıb.

***

20.11

Türkiyənin Çanaqala-Kəpəz rayonunda baş verən yanğın ciddi fəsadlara səbəb olub.

APA NTV-yə istinadla xəbər verir ki, yanğın meşə massivi ilə yanaşı sahil zonasına da təhlükə yaradıb. Yanğına görə ərazidəki avtomobil yolları bağlanıb.

Alovla mübarizə üçün çox sayda texnika və canlı qüvvə cəlb olunub. Hazırda fəlakət zonasından əhali və mal-qara təxliyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR