Qondarma Dnestryanı “respublikasının” “rəhbəri” Vadim Krasnoselskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.
APA xəbər verir ki, bu barədə Dnestryanı bölgəsinin "Dövlət Təhlükəsizlik Nazirliyi" bildirib.
Məlumata əsasən, Krasnoselskinin həyatına sui-qəsddə iştirakda şübhəli bilinənlər saxlanılıb.
Həmçinin qeyd olunub ki, "bu sui-qəsd əməliyyatı Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hazırlanıb".