Bank Of Baku

Dövlət Departamenti Blinkenin Kiyevə səfərini təsdiqləməyib - YENİLƏNİB

Dövlət Departamenti Blinkenin Kiyevə səfərini təsdiqləməyib - YENİLƏNİB
# 05 sentyabr 2023 22:48 (UTC +04:00)

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel dövlət katibi Antoni Blinkenin Kiyevə mümkün səfəri ilə bağlı məlumatı təsdiqləməyib.

APA xəbər verir ki, o, brifinqdə Blinkenin sentyabrın 6-da Ukrayna paytaxtına səfər edəcəyi ilə bağlı mətbuatda yayılan iddialara münasibət bildirərək, “Mənim hər hansı rəsmi səfərlə bağlı heç bir məlumatım yoxdur” deyib.

Qeyd edək ki, Ukrayna mediası diplomatik mənbələrə istinadən dövlət katibinin sabah Kiyevə gedəcəyini bildirmişdi.

***

20.15

ABŞ dövlət katibi Entoni Blinken sabah Kiyevə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ukrayna mediası diplomatik mənbələrə istinadən məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR