Amerika Birləşmiş Ştatları Türkiyənin Avropa İttifaqına daxil olması məsələsinin İsveçin NATO-ya daxil olmasına mane olmamasının tərəfdarıdır.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinq zamanı bildirib.
“ABŞ bir neçə ildir ki, Türkiyəni Aİ-yə üzv olmaq yolunda dəstəkləyib və buna davam edir... Biz inanırıq ki, bu, İsveçin NATO-ya daxil olması üçün maneə olmamalıdır”, - Miller deyib.
İyulun 10-da Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüsdə iyulun 11 və 12-də keçiriləcək sammitində Ankaranın yeni şərtlər irəli sürəcəyini açıqlamışdı. İsveçin ərizəsinin ratifikasiyası ilə bağlı yekun qərar Türkiyə parlamentində keçiriləcək səsvermədən asılı olacaq.