Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkədə gedən müharibədə vuruşmaq üçün xarici ölkələrdən qayıdan ukraynalıların sayını açıqlayıb.
APA-nın xəbərinə görə, nazir "Twitter"də bildirib ki, 66 224 ukraynalı ölkəyə geri dönüb.
Reznikovun sözlərinə görə, bu daha 12 briqada deməkdir.