Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ-ni Suriyaya tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb.
APA xəbər verir ki, Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında çıxış edən Ərdoğan Aİ-nin Suriyaya yenidənqurma səyləri üçün maliyyə dəstəyi göstərməsinin suriyalıların geri dönüşünü sürətləndirəcəyini qeyd edib.
“ABŞ Prezidenti Trampın Suriyaya tətbiq edilən sanksiyaları ləğv edəcəyini bəyan etməsi Suriyanın bir an öncə rifaha qovuşması üçün atılmış çox qiymətli bir addımdır. Tramp bu qərarı ilə regional sabitliyə və inkişafa verdiyi önəmi bir daha göstərmişdir. Sözügedən qərarın digər ölkələrə də nümunə olmasını diləyirik. Aİ tərəfindən sabiq rejimə tətbiq edilən sanksiyaların da eyni şəkildə qaldırılmasını, yenidənqurma üçün maliyyə dəstəyi təmin etməsini gözləyirik. Bu dəstək ölkə xaricindəki suriyalıların könüllü, ləyaqətli və təhlükəsiz geri dönüşlərinə sürətləndirici təsir göstərəcək”, - o əlavə edib.