Bank Of Baku

Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb

Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
# 24 oktyabr 2026 22:42 (UTC +04:00)

Fransada oktyabrın 24-də qiymət artımına qarşı keçirilən etiraz aksiyaları zamanı baş verən iğtişaşlar nəticəsində 1000-ə yaxın şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nünez məlumat verib.

Onun sözlərinə görə, əvvəlki həftə ilə müqayisədə mağazaların qarət edilməsi və vandalizm halları xeyli azalıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 24-də keçirilən aksiyalarda 410 min nəfər iştirak edib.

Həmkarlar ittifaqı CGT isə iştirakçıların sayının 800 minə çatdığını açıqlayıb.

Aksiyalar zamanı təhlükəsizlik tədbirləri gücləndirilib, bir sıra şəhərlərdə küçə aksiyaları qadağan edilib və komendant saatı tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR