Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə "Anadolu" məlumat yayıb.
Tərəflər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər. Ərdoğan tez bir zamanda atəşkəs əldə edilməsi üçün səy göstərdiyini Zelenskinin diqqətinə çatdırıb.