Bank Of Baku

Ərdoğan: Azərbaycan və Ermənistan sülhün bərqərar olması üçün mühüm fürsət əldə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 23 sentyabr 2024 11:04 (UTC +04:00)

“Azərbaycan və Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün mühüm fürsət əldə edib”.

APA-nın xəbərinə görə, bunu bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türkiyə Evində ABŞ-dəki bir sıra analitik mərkəzlərin rəhbərləri ilə görüşü zamanı bildirib.

“Region ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılması, eləcə də sülh və qonşuluq münasibətlərinin qurulması bizim təməl prinsiplərimizdəndir. Ölkəmiz bütün dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünə, eləcə də beynəlxalq hüquqa hörmətini vacib hesab edir. Bu gün müasir dünyanın sadaladığım prinsiplərə olduqca böyük ehtiyacı var”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR