Ərdoğan: Beynəlxalq aləmdə ədalətli qlobal idarəçilik mexanizminə ehtiyac var

Ərdoğan: Beynəlxalq aləmdə ədalətli qlobal idarəçilik mexanizminə ehtiyac var
# 16 may 2025 16:04 (UTC +04:00)

Beynəlxalq aləmdə inamsızlıq böhranının aradan qaldırılması üçün ədalətli və əhatəli qlobal idarəçilik mexanizminin yaradılmasına ehtiyac var.

APA xəbər verir ki, bunu Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Avropa İttifaqının öz müdafiə sənayesini inkişaf etdirməsinə dair səylərin faydalı olduğunu və bu səylərin NATO-nun mərkəzi rolunu aşındırmayacaq şəkildə, Aİ üzvü olmayan ölkələri də əhatə etməli olduğunu qeyd edib.

Ərdoğan Aİ-nin Türkiyə ilə Şengen vizası ilə bağlı məsələnin yenidən nəzərdən keçirilməsinin lazım olduğunu əlavə edib. O, Türkiyənin Avropanın enerji təchizatında önəmli rol oynadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR