Bank Of Baku

Ərdoğan: BMT Kiprdəki bütün tərəflərin humanitar ehtiyaclarının həllinə töhfə verməlidir

Ərdoğan: BMT Kiprdəki bütün tərəflərin humanitar ehtiyaclarının həllinə töhfə verməlidir
# 21 avqust 2023 21:17 (UTC +04:00)

BMT Sülhməramlı Qüvvələri əsgərlərinin Şimali Kipr Türk Respublikasının suverenliyi altında olan ərazidə güc tətbiqi bizim üçün heç vaxt qəbuledilməzdir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

O qeyd edib ki, BMT sabitliyi pozan davranış əvəzinə adadakı bütün tərəflərin humanitar ehtiyaclarının həllinə töhfə verməkdir.

Ərdoğan, həmçinin əlavə edib ki, ölkəsi ŞKTR-nın hüquqlarını müdafiə etməyə davam edəcək. Onun sözlərinə görə, Şimali Kiprin Türk Dövlətləri Təşkilatında iştirakı və bəzi ölkələrin diplomatik nümayəndəliklər açma kimi niyyətləri ŞKTR-nın təbii hüququdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR