Bank Of Baku

Ərdoğan Finlandiya Prezidenti ilə Ukraynadakı müharibəni müzakirə edib

Ərdoğan Finlandiya Prezidenti ilə Ukraynadakı müharibəni müzakirə edib
# 04 aprel 2022 17:53 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya Prezidenti Sauli Niiniste ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, tərəflər danışıq zamanı Türkiyə-Finlandiya münasibətləri və regional məsələləri müzakirə edib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fikir mübadiləsi aparıldığı görüşdə Prezident Ərdoğan atəşkəs və humanitar dəhlizlərin açılması istiqamətində ölkəsi tərəfindən səylərin davam etdirildiyini həmkarının diqqətinə çatdırıb.

Bundan əlavə, danışıq zamanı Türkiyə-Finlandiya İqtisadi-Ticarət Komitəsinin ilk iclasının iyun ayında Ankarada keçiriləcəyi də vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR