Bank Of Baku

Ərdoğan: İsrail Livana hücumları ilə müharibəni bölgəyə yaymağa çalışır

Ərdoğan: İsrail Livana hücumları ilə müharibəni bölgəyə yaymağa çalışır
# 21 sentyabr 2024 14:35 (UTC +04:00)

İsrailin Livana son hücumlar İsrail administrasiyasının müharibəni bölgəyə yaymaq planları ilə bağlı narahatlığımızı əsaslandırdı.

APA xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu iclasında iştirak etmək üçün ABŞ-a yola düşməzdən əvvəl Atatürk Hava Limanında mətbuat konfransında bildirib.

“Bölgə izahı mümkün olmayan böyük böhranlarla üz-üzədir. Livana hücumlar İsrailin müharibəni bölgəyə yaymaq məqsədini nümayiş etdirdi. Bölgəmizin daha pis vəziyyətlərə sürüklənməsinin qarşısını almaq üçün İsrailə təzyiqi artırmaq lazımdır” - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğan danışıqların ilk günü, sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR