Bank Of Baku

Ərdoğan İsrail prezidenti ilə telefonla danışıb

Ərdoğan İsrail prezidenti ilə telefonla danışıb
# 08 aprel 2023 23:28 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Ərdoğan İsrail təhlükəsizlik qüvvələrinin əl-Əqsa məscidinə hücumuna, Qəzza və Livana yayılan gərginliyin artmasına imkan verilməməsi lazım olduğunu bildirib.

Türkiyə lideri, problemin həlli yolunda ədalətli və davamlı sülhün bərqərar olması istiqamətində addım atmaq üçün üzərinə düşəni etməyə hazır olduğunu da vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR