Bank Of Baku

Ərdoğan litvalı həmkarı ilə NATO-nun şərq cinahını gücləndirməyi müzakirə edib

Gitanas Nauseda, Rəcəb Tayyib Ərdoğan

© APA | Gitanas Nauseda, Rəcəb Tayyib Ərdoğan

# 05 mart 2022 17:10 (UTC +04:00)

Litva Prezidenti Gitanas Nauseda və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Litva Prezidenti "Twitter"də bildirib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın Ukraynaya təcavüzünü və Avropada pisləşən təhlükəsizlik vəziyyətini müzakirə etdik.

Baltik regionu da daxil olmaqla, NATO-nun şərq cinahında müdafiənin gücləndirilməsi vacibdir. Rusiyanın Ukraynadakı mülki nüvə obyektlərinə hücumlarına beynəlxalq reaksiyanın verilməsinin vacibliyini vurğuladım", - Litva Prezidenti bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR