Bank Of Baku

Ərdoğan: NATO-ya üzvlük prosesinin irəliləməsi İsveçin vədlərini yerinə yetirməsinə bağlıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 10 iyul 2023 14:10 (UTC +04:00)

"Türkiyə olaraq NATO-nun "açıq qapı" siyasətini həmişə dəstəkləmişik".

APA xəbər verir ki, bunu NATO sammitində iştirak etmək üçün Vilnüsə yola düşməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında deyib.

O, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qeyd edib ki, ötən il Madriddə üçtərəfli saziş imzalanıb, bu da bu ölkələrin üzvlük prosesində yol xəritəsi rolunu oynayıb:

"Finlandiya NATO-ya üzv oldu. İsveçin üzvlük prosesi davam edir. Müvafiq qurumlarımız qarşı tərəflə şəffaf şəkildə və xoş niyyətlə işləyir. Vilnüsdə İsveç Baş naziri və NATO Baş katibi ilə üçtərəfli görüş də keçirəcəyik.

İsveçin NATO-ya üzvlük prosesinin irəliləyə bilməsi bu ölkənin verdiyi vədləri yerinə yetirməsinə bağlıdır. Terrorla mübarizənin vacibliyini dəfələrlə vurğulamışıq".

Prezident Ərdoğan deyib ki, Türkiyə vətəndaşları terrorun qurbanı olarkən heç kim Türkiyədən anlayış göstərməyi gözləməməlidir: "Bizə verilən vədlərin yerinə yetirilməsini istəyirik, bu məsələdə qərarlıyıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR