Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniya Prezidenti Klaus İohannis ilə telefon danışığı aparıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Danışıq zamanı tərəflər Rusiya-Ukrayna müharibəsinə dair son hadisələri, həmçinin, humanitar vəziyyəti müzakirə ediblər.