Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər Rusiya-Ukrayna müharibəsini və son prosesləri müzakirə ediblər.
Ərdoğan Rusiya və Ukrayna arasında sülhün yenidən təsis olunması üçün əllərindən gələn bütün səyləri davam etdirəcəklərini bəyan edib.