Bank Of Baku

Ərdoğan Şoltsla HAMAS-la İsrail arasındakı gərginliyi müzakirə edib - YENİLƏNİB

Ərdoğan Şoltsla HAMAS-la İsrail arasındakı gərginliyi müzakirə edib - YENİLƏNİB
# 12 oktyabr 2023 18:46 (UTC +04:00)

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı İsrail-Fələstin münaqişəsi, humanitar böhranların həlli yollarının axtarılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan Türkiyənin böhranın tez bir zamanda aradan qaldırılması üçün hər cür səy göstərdiyini və vasitəçilik də daxil olmaqla bir çox addımlar atmağa hazır olduğunu bildirib.

***

12:25

Almaniya Kansleri Olaf Şolts bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışacaq.
APA xəbər verir ki, bu barədə alman hökumətinin rəhbəri Almaniya Bundestaqında (parlament) çıxışı zamanı bildirib.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə yaxın təmasda olduğunu bildirən Şolts bu gün Türkiyə lideri və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışıqları aparacağını bildirib.

Şolts Misir, Qətər və Türkiyənin İsraillə HAMAS arasındakı gərginliyin azaldılmasında mühüm rol oynaya biləcəyini açıqlayıb.

Həmçinin, qeyd olunub ki, Almaniya hökuməti, regional sülhə və İsrailin təhlükəsizliyinin təmin olunmasına yönələn araşdırma tamamlanana qədər Fələstin ərazilərinə bütün növ yardımları dayandıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR