Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan nəql olunan qazın texniki problemlər səbəbindən dayandırılmasını şərh edib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə o, yerli jurnalistlərə verdiyi müsahibə zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, iki ölkənin ortaq maraqları siyasət və təhlükəsizlik sahəsindən kənara çıxır: “Bizim İrana heç bir borcumuz yoxdur. Bu iddialar yalandır və prezident İbrahimi ilə apardığım danışıqlar zamanı bunu ona dedim. O isə texniki səbəbdən təchizatda 10-15 günlük gecikmə ola biləcəyini söylədi”.