Bank Of Baku

Ərdoğan və Zelenskinin telefon danışığı olub

Ərdoğan və Zelenskinin telefon danışığı olub
# 24 fevral 2023 16:58 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Tərəflər Türkiyədə baş vermiş zəlzələləri, eyni zamanda, bu gün bir ili tamam olan Rusiya-Ukrayna müharibəsinə dair prosesləri müzakirə ediblər.

Ərdoğan zəlzələ ilə əlaqədar Türkiyə ilə həmrəylik nümayiş etdirən Zelenskiyə təşəkkür edib.

Ərdoğan, Rusiya-Ukrayna müharibəsində atəşkəs və sülhün əldə edilməsi üçün əlindən gələn hər cür dəstəyi verməyə hazır olduğunu Zelenskinin diqqətinə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR