Bank Of Baku

Ərdoğanın Rusiyaya səfəri başa çatıb

Ərdoğanın Rusiyaya səfəri başa çatıb
# 04 sentyabr 2023 21:28 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başa çatıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan Soçidən Ankaraya qayıdıb.

Rusiya səfəri zamanı ölkə başçısını xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, Mərkəzi Bankın sədri Hafize Qaye Erkan, müdafiə sənayesi idarəsinin sədri Haluk Görgün və Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun müşayiət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR