Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Vahidəddin köşkündə ikitərəfli görüş başa çatıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, görüş 2 saat 30 dəqiqə davam edib.
***
23.13
Xəbərə video əlavə edilib.
***
22.14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Vahidəddin köşkündə ikitərəfli görüş başlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş olacaq.
***
22.06
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəli həmkarı Rəcəb tayyib Ərdoğanla danışıqlar üçün Türkiyəyə gəlib.
APA xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında bildirib.
Zelenski qeyd edib ki, prezidentlər NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl tərəflərin mövqelərinin əlaqələndirilməsi, Ukrayna üçün təhlükəsizlik təminatları, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.