Ermənistanın hakim fraksiyasının katibi vətəndaşları Aİ-yə üzvlük məsələsində təmkinli olmağa çağırıb

Ermənistanın hakim fraksiyasının katibi vətəndaşları Aİ-yə üzvlük məsələsində təmkinli olmağa çağırıb
# 16 sentyabr 2024 12:00 (UTC +04:00)

Ermənistan Parlamentinin “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyan vətəndaşları ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünə dair gözləntilərində təmkinli olmağa çağırıb.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, o bildirib ki, referendum bu prosesdə atılacaq ilk yox, sonuncu addımdır.

Aİ-yə üzvlüyün mürəkkəb və uzunmüddətli proses olduğunu deyən A. Ovannisyanın sözlərinə görə, hazırda Ermənistan tərəfdaşları ilə birlikdə bu istiqamətdə mütəmadi iş aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR