"NATO müttəfiqləri Ukraynanın Alyansa daxil olmasının sadələşdiriliməsində iştirak etmək istəyir, lakin bu, yalnız müharibə başa çatdıqdan sonra mümkündür".
APA "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bunu NATO-nun Vilnüsdə keçirilən sammitində iştirak edən Estoniyanın Baş naziri Kaya Kallas deyib.
"İndi bunlar Ukraynanın müxtəlif ölkələrlə bağladığı ikitərəfli müqavilələr formasındadır. Biz Ukraynaya özünü müdafiə etmək üçün hərbi yardım edirik. Kağız üzərində bu müqavilələrə malik olan Ukrayna əmindir ki, istənilən ölkədə hakimiyyət dəyişikliyi olarsa bu, həmin ölkənin (Ukrayna ilə bağlı - red.) öhdəliklərinə təsir etməyəcək. Bu, çox vacibdir".
"Rusiya ilə demokratik ölkələr arasındakı fərq məhz bizim öz sözümüzə sadiq qalmağımızdadır", -Kallas bildirib
Baş nazir xanım Kallas deyib ki, NATO sammitinin ilk günündə qəbul edilən qərarlar çox vacibdir. "Bütün müttəfiqlər prosesdə iştirak etmək və Ukraynanın NATO-ya daxil olmasına töhfə vermək istəyirlər. Ona görə də hər şey çox dəqiq və ətraflı qeydə alınıb”, - Estoniyanın Baş naziri vurğulayıb.
Kallasın sözlərinə görə, müharibə davam edərkən heç kim Ukraynanın NATO-ya üzv olmasını tələb etmir: "Onlar heç vaxt xahiş etməyiblər, hətta Ukrayna da. Hamı başa düşür ki, müharibə davam edərkən onlar qoşula bilməzlər".
Estoniyanın Baş naziri vurğulayıb ki, NATO artıq Ukraynanın üzvlük prosesi ilə bağlı razılığa gəlib və xarici işlər nazirləri hər il Kiyevin üzlükü istiqamətində irəliləyişini qiymətləndirəcəklər.
"NATO-da Ukrayna prosesinə başlamağımız çox vacibdir. Mən inanıram ki, Ukraynanın yeri NATO-dadır. Onun Alyansa daxil olması Avropada münaqişə mənbəyinə çevrilən boz ərazilərin olduğu dövrə son qoyacaq", - Kallas əlavə edib.
Estoniya hökumət başçısı vurğulayıb ki, NATO ölkələri Ukraynanı sadəcə olaraq NATO-ya sürükləyə bilməz, buna gətirib çıxaracaq konkret addımlar atılmalıdır və müttəfiqlər bu addımlar haqqında razılaşıb. "Biz bütün şərtləri yerinə yetirməliyik və fürsət yaranan kimi - bu, çox qısa zamanda ola bilər, Ukrayna rusları Rusiyaya geri oturtduqda, onların qoşulmaq imkanı olacaq. NATO bunu (Ukraynanı üzv qəbul etmək – red.) çox tez etməli olacaq. Bu, Rusiyanı növbəti təcavüzdən saxlayan yeganə təminatdır”, - deyə siyasətçi vurğulayıb.