Bank Of Baku

Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir

Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir
# 29 sentyabr 2026 12:50 (UTC +04:00)

Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti “Milrem Robotics”in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib.

Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb.

Estoniya Təhlükəsizlik Polisinin qənaətinə əsasən, bu, Rusiyanın Avropada müttəfiqləri qorxutmağa və Ukraynaya dəstəyi zəiflətməyə yönəlmiş daha geniş kampaniyasının bir hissəsidir.

“Bu gün tam əminliklə deyə bilərik ki, avqustun 15-də Estoniyada Milrem Robotics şirkətinin binasında baş verən yanğın Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olub”, – Estoniyanın Baş naziri Kristen Mixal bildirib.

Hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi məqsədilə cinayət işi üzrə araşdırma aparılır. İlkin istintaq məlumatları da yanğının sifarişlə törədildiyini göstərir.

Yanğını bilavasitə törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Hadisə ilə bağlı Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR