Fələstinin BMT-yə üzvlüyü ilə bağlı təklif qəbul edilməyib

Fələstinin BMT-yə üzvlüyü ilə bağlı təklif qəbul edilməyib
# 12 aprel 2024 17:42 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Fələstinin təşkilatın tamhüquqlu üzvlüyünə qəbulu ilə bağlı razılığa gələ bilməyib.

APA-nın məlumatına görə, üzvlərin 2/3 hissəsi qərarın lehinə, 5 dövlət isə əleyhinə səs verib. Təşkilatın qaydalarına əsasən, şuraya üzvlüklə bağlı qərarlar 15 ölkədən azı doqquzunun razılığı ilə qəbul edilməlidir.

İclasdan sonra Əlcəzair qərar layihəsini yenidən müzakirəyə çıxaracaqlarını bəyan edib. Müşahidəçilərin fikrincə, ABŞ bu dəfə də təklifi veto edəcək. Buna səbəb isə adıçəkilən ölkə ilə İsrail arasındakı sıx müttəfiqlik münasibətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR