Finlandiya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində növbəti paketi bu həftə təsdiq etməyi planlaşdırır.
APA xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo Ukraynaya səfəri çərçivəsində Prezident Vladimir Zelenski ilə görüşü zamanı deyib.
Finlandiyanın hökumət başçısı paketin məzmununu açıqlamayıb. Görüşdən sonra Zelenski qeyd edib ki, paketə daxil olanlar həqiqətən də vacibdir, söhbət əsasən sursat və artilleriyadan gedir.