Bank Of Baku

Finlandiya Ukrayna üçün 94 milyon avroluq hərbi yardım paketini təsdiqləyib

Finlandiya Ukrayna üçün 94 milyon avroluq hərbi yardım paketini təsdiqləyib
# 25 avqust 2023 12:46 (UTC +04:00)

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib.

APA Finlandiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi yardımla bağlı ölkə prezidenti hökumət kabinetinin təklifini bu gün təsdiq edib.

"Finlandiya və müttəfiqlərimizin Ukraynaya dəstəyi dəyişməz olaraq qalır. Avropada və Finlandiyada gələcək təhlükəsizlik nizamı baxımından əsas məsələ Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını almaqdır", - müdafiə naziri Antti Hakkänen deyib.

Qeyd edək ki, bu, Finlandiyanın Ukraynaya göndərilən 18-ci hərbi yardım paketi olacaq. Müdafiə Nazirliyi bildirib ki, göndəriləcək hərbi yardımın dəyəri 94 milyon avrodur. İndiyədək Finlandiya Ukraynaya 1,3 milyard avro dəyərində yardım edib.

Nazirlik qeyd edib ki, yardımın təyinat yerinə təhlükəsiz şəkildə çatmasını təmin etmək üçün paketin məzmunu, çatdırılma üsulu və ya cədvəl haqqında əlavə məlumat verilməyəcək.

Finlandiyanın əlavə yardımı barədə qərar qəbul edilərkən həm Ukraynanın ehtiyacları, həm də Müdafiə Qüvvələrinin resurslarının nəzərə alındığı vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR