Bank Of Baku

Finlandiyada hökumət istefaya gedəcəyini açıqlayıb

Finlandiyada hökumət istefaya gedəcəyini açıqlayıb
# 06 aprel 2023 03:19 (UTC +04:00)

Finlandiya hökuməti istefa verməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə prezidentin dəftərxanası məlumat yayıb.

"Baş nazir Sanna Marin cümə axşamı, aprelin 6-da Mayntyniemidə (rəhbərin iqamətgahı) Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə hökumətin istefasını təqdim edəcək", - deyə məlumatda qeyd olunub.

Aprelin 2-də Marin rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının (SDP) parlament seçkilərində məğlub olduğunu etiraf edib.

O, Petteri Orponun rəhbərlik etdiyi Milli Koalisiya Partiyasının qələbəsini etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR