Bank Of Baku

Finlandiyada keçirilən regional seçkilərdə müxalifət partiyası qalib gəlib

Finlandiyada keçirilən regional seçkilərdə müxalifət partiyası qalib gəlib
# 24 yanvar 2022 07:01 (UTC +04:00)

Finlandiyada keçirilən ilk regional seçkilərdə bütün səslər hesablandıqdan sonra 21,6% səslə müxalif Koalisiya Partiyası qalib gəlib.

APA xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin ən böyük şəhəri - Helsinki, eləcə də Aland adaları seçkilərdə iştirak etmir.

Seçki məntəqələri bazar günü Bakı vaxtı ilə saat 22-də bağlanıb. Seçicilərin 26,4 faizi əvvəlcədən səs verib. Seçkilərdə 47,5% seçici iştirak edib.

Qeyd edək ki, Milli Koalisiya Partiyası 21,6% (müxalifət), hakim Finlandiya Sosial Demokrat Partiyası - 19,3%, daha sonra "Finlandiya Mərkəzi" (hökumət koalisiyasının bir hissəsi) - 19,2% və "Əsl Finlər" - 11,1%" səs qazanıblar.

Qalan partiyalar 10%-dən az səs toplayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR