Bank Of Baku

Finlandiyanın Baş naziri Kiyevdədir

Petteri Orpo, Vladimir Zelenski

© APA | Petteri Orpo, Vladimir Zelenski

# 23 avqust 2023 14:34 (UTC +04:00)

Finlandiyanın Baş naziri Petteri Orpo Ukraynaya səfər edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin "Twitter" hesabında bildirilib.

"Mən Finlandiyaya verdiyi hərbi və humanitar dəstəyə, sanksiyalara və Sülh Formulasının bir sıra maddələrinə birgə rəhbərlik etməyə hazır olduğuna görə təşəkkür edirəm. Finlandiyanı payızda keçiriləcək Müdafiə Sənayesi Forumumuzda iştirak etməyə dəvət etdim", - Zelenski paylaşımında qeyd edib.

Finlandiya Baş naziri Orpo bildirib ki, onun ölkəsi Ukraynaya və Ukrayna xalqına dəstək verməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR