Avropa Komissiyasının sədri Ursula fon der Leyen Əbu-Dabidə BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayedlə görüşüb. Danışıqlar zamanı o, digər məsələlərlə yanaşı, Rusiya Federasiyasına sanksiyaya məruz qalan malların təkrar ixracını dayandırmağı tələb edib.
APA-nın məlumatına görə, bu barədə “RBC-Ukrayna” “Bloomberg” agentliyinə istinadən məlumat yayıb.
Danışıqlar zamanı Avropa Komissiyasının sədri BƏƏ liderini Qərbin sanksiyalarından yan keçərək Rusiyaya ixracı dayandırmaq üçün tədbirlər görməyə çağırıb.
İlk addım olaraq o, BƏƏ-dən Rusiya Federasiyası ilə ticarətlə bağlı daha çox məlumat paylaşmağı xahiş edib.